Rusiyalı tanınmış baş məşqçi hakimi təhqir etdiyi üçün cərimələnib

Rusiyalı tanınmış baş məşqçi hakimi təhqir etdiyi üçün cərimələnib Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi "Rubin" klubunun baş məşqçisi Leonid Slutskini 250 min rubl məbləğində cərimələyib.
Futbol
24 Mart , 2022 14:41
Rusiyalı tanınmış baş məşqçi hakimi təhqir etdiyi üçün cərimələnib

Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi "Rubin" klubunun baş məşqçisi Leonid Slutskini 250 min rubl məbləğində cərimələyib.

"Report" RFS-in rəsmi saytına istinadən xəbər verir ki, buna 51 yaşlı mütəxəssisin "Rostov"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra baş hakim Vitali Meşkovu və onun köməkçilərini təhqir etməsi səbəb olub.

Bundan əlavə, baş məşqçi mövsümün sonunadək şərti diskvalifikasiyaya da məruz qalıb.

Qeyd edək ki, Leonid Slutski qarşılaşmadan sonra da hakimlər briqadasını sərt tənqid edib. "Rubin" həmin matçı 9 nəfərlə başa vurub.

Son xəbərlər

Orphus sistemi