Rusiyalı olimpiya çempionu oyun alqı-satqısında ittiham olunur

Rusiyalı olimpiya çempionu oyun alqı-satqısında ittiham olunur SSRİ və Rusiya yığmasının sabiq futbolçusu İqor Dobrovolski oyun alqı-satqısında ittiham olunur.
Futbol
9 Dekabr , 2020 16:19
Rusiyalı olimpiya çempionu oyun alqı-satqısında ittiham olunur
İqor Dobrovolski

Moldovanın "Dinamo-Avto" komandasının baş məşqçisi, SSRİ və Rusiya yığmasının sabiq futbolçusu İqor Dobrovolski oyun alqı-satqısında ittiham olunur.

"Report" xəbər verir ki, bu barədə Moldova Milli Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin vəkili Sergey Qavajuk "Komsomolskaya Pravda" nəşrinə açıqlamasında bildirib.

O, 4 şəxsin məlum məsələ ilə bağlı nəzarətə alındığını söyləyib: "Daha iki şübhəlinin tutulması lazımdır, lakin yerləri hələ müəyyən edilməyib. Dobrovolski şübhəli statusuna sahibdir. Halbuki günahkar olduğunu etiraf etmir".

Qeyd edək ki, "Dinamo-Avto" cari mövsüm Moldova Milli Diviziyasında 29 xalla 5-ci pillədə qərarlaşıb. Dobrovolski 2006 - 2009 və 2016-201-ci illərdə Moldova yığmasında baş məşqçi vəzifəsində çalışıb. Keçmiş futbolçu 1988-ci ildə SSRİ yığması ilə Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi