​Rusiyalı investorlar İtaliyanın "Parma" klubuna sahib çıxıblar

​Rusiyalı investorlar İtaliyanın "Parma" klubuna sahib çıxıblar Sövdələşmənin məbləği 7-8 milyon avro təşkil edir
Futbol
8 Dekabr , 2014 05:42
​Rusiyalı investorlar İtaliyanın Parma klubuna sahib çıxıblar
Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya və kiprli investorlardan ibarət konsorsium İtaliyanın "Parma" futbol klubunu alıb.

"Report" xəbər verir ki, bu barədə klubun prezidenti Tommazo Qirardi məlumat verib.

Sövdələşmənin məbləği "Parma"nın borcları nəzərə alınmamaq şərti ilə 7-8 milyon avro təşkil edir.

"Parma" hazırda ağır maliyyə vəziyyətindədir. Klub gəlir vergisini (300 min avro) gecikdirməsi səbəbindən UEFA tərəfindən Avropa Liqasından kənarlaşdırılıb. Həmçinin, rəhbərliyin klub futbolçuları qarşısında borcu yaranıb.

Bütün bunlar komandanın idman nəticələrində öz əksini tapıb: "Parma" 2014/2015-ci illər mövsümündə A Seriyasında cəmi 6 xalla sonuncu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi