Rusiyalı idman direktoru da "Çelsi"dən ayrılır

Rusiyalı idman direktoru da "Çelsi"dən ayrılır İngiltərənin "Çelsi" klubu rusiyalı idman direktoru Marina Qranovskaya ilə yollarını ayıracaq
Futbol
2 İyun , 2022 13:07
Rusiyalı idman direktoru da Çelsidən ayrılır

İngiltərənin "Çelsi" klubu rusiyalı idman direktoru Marina Qranovskaya ilə yollarını ayıracaq.

"Report" "Sport Bild"ə istinadən xəbər verir ki, 47 yaşlı funksioner avqustda London təmsilçisi ilə vidalaşacaq.

Onun vəzifəsinə əsas namizəd İspaniyanın "Atletiko" (Madrid) klubunda müvafiq postu tutan Andrea Bertadır.

Qranovskayanın gedişindən sonra əsas transferlərlə bağlı bütün vacib qərarları "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel verəcək.

Qeyd edək ki, Marina Qranovskaya "Tuttosport" nəşrinin versiyasına əsasən, 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilib. Mayın 26-da isə rusiyalı iş adamı Roman Abramoviç "Çelsi"ni ABŞ konsorsiumuna satıb.

Son xəbərlər

Orphus sistemi