Rusiyalı biznesmen "Milan" klubunu almaq istəyir

Rusiyalı biznesmen "Milan" klubunu almaq istəyir Bakı. 23 mart. REPORT.AZ/ Fransanın Monako klubunun sahibi Dmitri Rıbolovlev İtaliyanın Milan klubunu almaq istəyir.
Futbol
23 Mart , 2018 16:41
Rusiyalı biznesmen Milan klubunu almaq istəyir

Bakı. 23 mart. REPORT.AZ/ Fransanın "Monako" klubunun sahibi Dmitri Rıbolovlev İtaliyanın "Milan" klubunu almaq istəyir.

"Report"un "Tuttosport"a istinadən verdiyi məlumata görə, rusiyalı biznesmen bunun üçün "Monako"nun səhmlərini də sata bilər. O, hazırda İtaliya klubunun maliyyə durumunu izləyir.

Qeyd edək ki, "Milan" klubunun hazırkı prezidenti Li Yonqhonq 2017- ci ilin aprel ayında klubun səhmlərini 740 milyon avroya Silvio Berluskonidən alıb. Hazırda o, komandanın səhmlərinin 99,9%-nə sahibdir. KİV çinli milyarderin maliyyə məsələlərində qeyri-sabitlik yarandığını və onun müflis olduğunu yazıb. 

Son xəbərlər

Orphus sistemi