Rusiyalı baş məşqçi feysbuku məhkəməyə verib

Rusiyalı baş məşqçi feysbuku məhkəməyə verib Rusiyanın "Rotor" klubunun baş məşqçisi Dmitri Xoxlov feysbuk şirkətini məhkəməyə verib
Futbol
22 Sentyabr , 2021 16:51
Rusiyalı baş məşqçi feysbuku məhkəməyə verib
Dmitri Xoxlov

Rusiyanın "Rotor" klubunun baş məşqçisi Dmitri Xoxlov feysbuk şirkətini məhkəməyə verib.

"Report"un məlumatına görə, bu barədə 46 yaşlı mütəxəssis "Oktaqon" nəşrinə açıqlamasında deyib.

O, sosial şəbəkələrdə soyadının bloklanması səbəbindən belə bir addım atdığını bildirib: "Buna görə də nə mən, nə də dost-tanışlarım feysbuk və instaqramdan normal istifadə edə bilirik. Çox adam mənə zəng edib deyir ki, soyadın istənilən xatırlatmada bloklanır. Onların hesabına isə 1 həftəlik qadağa qoyulur. Bundan ilk dəfə iyulun sonunda xəbərimiz oldu".

Xoxlov artıq bununla bağlı Solntsevski rayon məhkəməsinə ərizə ilə müraciət edib. İddiada bu qadağanın ləğvi və mənəvi ziyanın ödənilməsi tələbi var.

Feysbukun məlum qadağası mütəxəssisin soyadının "xoxol" sözünə yaxınlığı ilə bağlıdır. Bu söz ukraynalılar üçün aşağılayıcı və ya təhqiramiz, bəzən isə yumoristik ləqəb sayılır. "Xoxol" sözü Vladimir Dalın izahlı lüğətində "ukraynalı", "kiçik rusiyalı" kimi qeyd edilib.

Feysbuk 2015-ci ildən yazılarında "Xoxol" sözündən istifadə edən rusdilli istifadəçilərin hesablarını aktiv şəkildə bloklamağa başlayıb. Sosial şəbəkə rəhbərliyi hesab edir ki, bu, siyasi cəhətdən yanlış olan "zənci" sözü ilə müqayisə oluna bilər.

Son xəbərlər

Orphus sistemi