Rusiyalı ağırlıqqaldıran dünya çempionatında qazandığı qızıl medaldan məhrum edilib

Rusiyalı ağırlıqqaldıran dünya çempionatında qazandığı qızıl medaldan məhrum edilib Rusiyalı ağırlıqqaldıran Aleksandr İvanov (94 kq) 2013-cü ildə dünya çempionatında qazandığı qızıl medaldan məhrum edilib.
Futbol
29 noyabr 2024 10:43
Rusiyalı ağırlıqqaldıran dünya çempionatında qazandığı qızıl medaldan məhrum edilib
Aleksandr İvanov

Rusiyalı ağırlıqqaldıran Aleksandr İvanov (94 kq) 2013-cü ildə dünya çempionatında qazandığı qızıl medaldan məhrum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

35 yaşlı ağırlıqqaldıran yarışlardan bir il yarım müddətinə kənarlaşdırılıb. Diskvalifikasiya müddəti 2023-cü il avqustun 6-da başa çatıb. İdmançıya Moskva antidopinq laboratoriyasının məlumat bazasının araşdırılmasından sonra sanksiyalar tətbiq edilib. Beynəlxalq Dopinq Test Agentliyinin məlumatına görə, o, 2012-ci ilin fevralında antidopinq qaydalarını pozub.

Həmçinin ağırlıqqaldıranın 2012-ci il fevralın 7-dən 2023-cü il avqustun 6-na qədər göstərdiyi nəticələr ləğv edilib. O, 2013-cü ildə Polşanın Vrotslav şəhərində keçirilən dünya çempionatındakı qələbəsini itirib.

İvanov 2010-cu ildə də dünya çempionatı olub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında ikinci yeri tutub. Lakin dörd il sonra dopinq testi müsbət nəticə verdiyindən Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə gümüş medaldan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi