Rusiyada oyunlara pul qoyuluşu edən 2 futbolçu diskvalifikasiya edilib

Rusiyada oyunlara pul qoyuluşu edən 2 futbolçu diskvalifikasiya edilib Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi III liqada mübarizə aparan "Metallurq-Vidnoe" klubunun futbolçuları Dmitri Andriyaxin və Anatoli Neqodanı cəzalandırıb.
Futbol
215
6 Dekabr , 2021 19:25
Rusiyada oyunlara pul qoyuluşu edən 2 futbolçu diskvalifikasiya edilib

Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi III liqada mübarizə aparan "Metallurq-Vidnoe" klubunun futbolçuları Dmitri Andriyaxin və Anatoli Neqodanı cəzalandırıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna onların mərc oyunlarında iştirakı səbəb olub. Sözügedən futbolçuların indiyədək RFS-in bayrağı altında keçirilmiş 500-dən çox qarşılaşmaya pul qoyuluşu etdikləri təsdiqlənib.

Hər iki oyunçu 5 il müddətinə diskvalifikasiya edilib, onların futbolla bağlı hər hansı fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, "Metallurq-Videnoe" 2021/2022 mövsümünün birinci hissəsini sonuncu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi