Rusiyada oyun zamanı meydana girən azarkeşə 15 günlük həbs cəzası verilib

Rusiyada oyun zamanı meydana girən azarkeşə 15 günlük həbs cəzası verilib Rusiya və San Marino yığmaları arasındakı AVRO-2020-nin seçmə matçında meydana girən azarkeşə 15 sutkalıq inzibati həbs cəzası verilib.
Futbol
11 İyun , 2019 11:01
Rusiyada oyun zamanı meydana girən azarkeşə 15 günlük həbs cəzası verilib

Rusiya və San Marino yığmaları arasındakı AVRO-2020-nin seçmə matçında meydana girən azarkeşə 15 sutkalıq inzibati həbs cəzası verilib. 

"Report"un məlumatına görə, Penza şəhərinin 36 yaşlı sakini rəsmi idman yarışları zamanı azarkeşlərin davranış qaydalarını kobud formada pozmaqda günahkar sayılıb. O, ikinci hissədə meydana atılaraq, yıxıla-yıxıla qaçıb, oyunçular və onu tutmaq istəyənlərlə toqquşaraq özünün və başqalarının həyatına təhlükə yaradıb. 

Fanat məhkəmədə günahını boynuna alıb. Ona rəsmi idman yarışlarının keçirildiyi məkanlara iki il giriş müddətinə giriş qadağası qoyulub.

Qeyd edək ki, Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilmiş görüşdə Rusiya San Marinonu 9:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Son xəbərlər

Orphus sistemi