​Rusiyada məşq vaxtı qadın voleybolçu huşunu itirib

​Rusiyada məşq vaxtı qadın voleybolçu huşunu itirib Hadisə ilə əlaqədar görüşün startı ləngiyib
Futbol
26 Aprel , 2016 22:13
​Rusiyada məşq vaxtı qadın voleybolçu huşunu itirib

Bakı. 26 aprel. REPORT.AZ/Voleybolçu qadınlar arasında Rusiya Super Liqasının final matçından öncə insident baş verib. "Report"un məlumatına görə, "Uraloçka"nın oyunçusu Şined Cek Moskva "Dinamo"su ilə qarşılaşmadan əvvəlki çalışmalarda huşunu itirib.

Həkimlər onu meydandan çıxarıblar. Hadisə ilə əlaqədar görüşün startı ləngiyib. Trinidad və tobaqolu legionerin durumuna hələ də aydınlıq gəlməyib.

Qeyd edək ki, oyun Moskva "Dinamo"sunun qələbəsi ilə yekunlaşıb - 3:0 (25:23, 25:23, 25:23). Bürünc medala isə CEV Kubokunun yarımfinalında "Azəryol"u mübarizədən kənarlaşdırmış Krasnodar "Dinamo"su layiq görülüb. Krasnodarlılar 3-cü yer uğrunda görüşdə Kazan "Dinamo"sunu yenib - 3:2 (25:22, 20:25, 25:21, 24:26, 15:8).

Son xəbərlər

Orphus sistemi