Rusiyada 2 referi hakimlikdən kənarlaşdırıldı
Futbol
- 09 noyabr, 2020
- 12:07
Rusiya Futbol İttifaqının (RFS) Hakimlər Komitəsi iki referini cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Mixail Vilkov və Vladislav Bezborodov "Krasnodar"ın qalmaqallı oyunlarındakı qərəzli idarəçiliyə görə ilin sonunadək hakimlikdən kənarlaşdırılıb.
Vilkov "Rubin"lə (3:1), Bezborodov isə Moskva "Lokomotiv"i ilə (1:3) matçdakı kobud səhvləri səbəbindən bu cəzaya məruz qalıblar. Sonuncu oyunda VAR hakimi olan Kirill Levnikova isə yüngül cəza verilib.
Qeyd edək ki, Vilkov həmçinin "Rubin"in şikayətinə baxılarkən Nizam-İntizam Komitəsinin üzvlərini yoldan çıxardığını etiraf edib. Bundan sonra Apellyasiya Komitəsi federasiyadan referiyə sanksiya tətbiq olunmasını tələb edib.
Son xəbərlər
15:01
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Yay İdman Festivalı keçiriləcək
Fərdi14:56
Netanyahu: İrana təzyiq üçün 3 variant mövcuddur
Digər ölkələr14:50
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına 125 investor maraq göstərib
Maliyyə14:44
"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir"
Komanda14:43
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Elm və təhsil14:35
Pezeşkian və Putin gələn həftə görüşməyi planlaşdırırlar
Digər ölkələr14:33
Foto
Azərbaycan ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
Komanda14:28
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
İnfrastruktur14:18