Rusiya Premyer Liqası: Eyni gündə iki baş məşqçi istefa verdi
Futbol
- 04 aprel, 2021
- 05:20
Futbol üzrə Rusiya Premyer Liqasında eyni gündə iki baş məşqçi istefası gerçəkləşib.
"Report"un məlumatına görə, Murad Musayev "Krasnodar"ı, Rəşid Rəhimov isə "Ufa"nı tərk edib. Onlar komandalarının XXIV tur qarşılaşmalarında böyük hesablı məğlubiyyətlərindən sonra bu addımı atıblar.
"Krasnodar" evdə "Axmat"a 0:5, "Ufa" isə səfərdə Moskva "Dinamo"suna 0:4 hesabı ilə uduzub. Musayevi az öncə MOİK-i tərk etmiş Viktor Qonçarenkonun əvəzləyəcəyi gözlənilir. Rəhimovun yerinə kimin gətiriləcəyi isə hələ məlum deyil.
Qeyd edək ki, "Krasnodar" 2021-ci ilin 8 oyununda cəmi 1 qələbə qazanıb və hazırda 24 görüşdən 34 xalla 10-cu yerdə gedir. 7 oyundur qalib gələ bilməyən və bunların 6-da məğlub olan "Ufa" isə 14 xalla 15-ci yerdə gedir.
Son xəbərlər
11:06
Azərbaycan vətəndaşları da daxil olmaqla 13 nəfər Gürcüstandan deportasiya edilib
Region11:05
Səfərbərlik xidmətində ötən il 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb
Hadisə11:03
Ötən il Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
Daxili siyasət11:02
Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq
Elm və təhsil11:00
"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub - YENİLƏNİB
Futbol10:58
Foto
Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub
Elm və təhsil10:49
Eldəniz Əzizli: "Aleksandr Tarakanov Azərbaycan millisinə gətirilmiş ən uğurlu baş məşqçidir"
Fərdi10:39
Türkiyə gəmisi Kerç boğazında saya oturub
Region10:33
Foto