Rusiya millisinin sabiq oyunçusu avtomobil qəzasında ölüb

Rusiya millisinin sabiq oyunçusu avtomobil qəzasında ölüb Rusiya millisinin sabiq futzalçısı Kirill Poqorelov avtomobil qəzasında dünyasını dəyişib.
Futbol
30 Dekabr , 2019 13:38
Rusiya millisinin sabiq oyunçusu avtomobil qəzasında ölüb

Rusiya millisinin sabiq futzalçısı Kirill Poqorelov avtomobil qəzasında dünyasını dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, BMW markalı avtomobili idarə edən 32 yaşlı oyunçu əks zolağa tərəf keçib və taksi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan taksi sürücüsü və onun müştərisi xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kirill Poqorelov 2008-ci ildə Rusiyanın gənclər komandasının heyətində Avropa çempionu olub. 

Son xəbərlər

Orphus sistemi