Rusiya millisinin sabiq futbolçusu 49 yaşında vəfat edib

Rusiya millisinin sabiq futbolçusu 49 yaşında vəfat edib Rusiya millisinin və "Şinnik" klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında dünyasını dəyişib.
Futbol
9 Oktyabr , 2024 13:15
Rusiya millisinin sabiq futbolçusu 49 yaşında vəfat edib
Artyom Yenin

Rusiya millisinin və "Şinnik" klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Yaroslavl təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

A.Yenin 1994-2002-ci illər ərzində "Şinnik"də 131 oyun keçirib və 6 qol vurub. O, Rusiya millisinin heyətində cəmi 1 dəfə - 1998-ci ildə İspaniya ilə yoldaşlıq matçında meydana çıxıb.

Karyerasını başa vurduqdan sonra isə uzun müddət "Şinnik" klubunun nəzdində fəaliyyət göstərən Yeniyetmə Futbolçuların Hazırlıq Mərkəzində çalışıb.

Son xəbərlər

Orphus sistemi