Rusiya millisinin keçmiş futbolçusu bir il ərzində 100 dəfə cərimələnib
Futbol
- 09 avqust, 2024
- 08:01
Rusiya millisinin sabiq futbolçusu Artyom Dzyuba bir il ərzində 100 dəfə cərimələnib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, hücumçuya sürət həddini aşmağa, yol xətlərinin qaydalarını pozmağa, təhlükəsizlik kəmərini taxmamağa və avtomobilini müəyyən edilmiş zolaqda sürməməyə görə protokollar tərtib edilib.
Nəticədə 2023-cü ilin oktyabrından bəri 35 yaşlı forvard 88 min rubl (1700 manatdan çox) cərimə ödəyib. Dzyuba ümumilikdə 300-dən çox cəriməyə məruz qalıb.
Qeyd edək ki, futbolçu sonuncu dəfə formasını geyindiyi "Lokomotiv" (Moskva) komandasından ayrıldıqdan sonra klubsuzdur. O, Rusiya millisinin heyətində meydana çıxdığı 55 oyunda 30 qolla yadda qalıb.
Son xəbərlər
00:11
İnsultun fəsadları əleyhinə ultrasəs terapiyası yaradılıb
Sağlamlıq23:44
KİV: İsveçrə ABŞ-nin idxal tariflərini 15%-ə endirmək üçün razılığa yaxındır
Digər ölkələr23:27
Foto
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub - YENİLƏNİB
Fərdi23:18
Ağ Evdə Fidanla Rubionun görüşü başlayıb
Digər ölkələr23:02
Ağ Evdə Tramp və Əl Şaraa danışıqlar aparıb – YENİLƏNİB
Digər ölkələr22:57
Video
Hindistan DİN: Dehlidə partlayış zamanı səkkiz nəfər ölüb - YENİLƏNİB-2
Digər ölkələr22:43
Azərbaycanın Olimpiya çempionu: "Əsas odur ki, milli İslamiadanın qalibi oldu"
Fərdi22:38
Neftçala bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə22:30