Rusiya millisinin sabiq futbolçusu: "Neftçi" hər iki oyunda uduzacağımız klub deyil"

Rusiya millisinin sabiq futbolçusu: "Neftçi" hər iki oyunda uduzacağımız klub deyil" Tula Arsenalının mübarizəni dayandırması üzücüdür.
Futbol
272
3 Avqust , 2019 11:40
Rusiya millisinin sabiq futbolçusu: Neftçi hər iki oyunda uduzacağımız klub deyil

"Tula "Arsenal"ının mübarizəni dayandırması üzücüdür".

"Report"un məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov "Arsenal"ın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" səddini keçə bilməməsinə münasibət bildirərkən deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi bildirib ki, Rusiya komandasının Azərbaycan təmsilçisinə uduzması qəbulolunmazdır: "Biz öz mövqeyimizi "top-5" və ya "Top-6"da görürük, amma kimə gəldi uduzuruq. "Neftçi"yə hörmətim var, amma biz belə komandaları keçməliyik. Bu, hər iki oyunda uduzacağımız klub deyil".

Şirokovun fikrincə, Rusiya klubları yüksək səviyyəyə çatmaq üçün təkcə transferlərin yox, oyun səviyyəsinin də qayğısına qalmalıdırlar. O, hazırda UEFA reytinqində Portuqaliyanın Rusiyaya çatmasından narahatlıq keçirdiyini də əlavə edib.

Qeyd edək ki, "Neftçi" "Arsenal"ı səfərdə 1:0, evdə isə 3:0 hesablı qələbələrlə üstələyib. Növbəti rəqib İsrail "Bney Yehuda"sı ilə ilk görüş avqustun 8-də Bakıda, cavab oyunu avqustun 15-də Təl-Əvivdə olacaq.

Son xəbərlər

Orphus sistemi