Rusiya milli komandasının üzvlərindən götürülmüş koronavirus testlərinin nəticələri açıqlanıb.
"Report" xəbər verir ki, yığmanın Mətbuat xidmətinin yaydığı məlumatda 3 futbolçuda infeksiyaya yoluxma şübhəsi təsbit edildiyi bildirilib.
Bunlar "Soçi"nin hücumçusu Anton Zabolotnı, "Zenit"in yarımmüdafiəçisi Aleksandr Yeroxin və Moskva "Dinamo"sunun orta xətt oyunçusu Daniil Lesovoydur. Onların heç birində xəstəliyin simptomları aşkarlanmayıb.
Hazırda millinin tibbi heyəti UEFA-nın müvafiq bölmələri ilə məsləhətləşmələr aparır. Çünki nəticənin səhvən müsbət çıxma ehtimalı yüksəkdir
Qeyd edək ki, noyabrın 12-də Moldova ilə yoldaşlıq oyunu keçirəcək Rusiya yığması həmin ayın 15-də UEFA Millətlər Liqasında Türkiyə, 18-də isə Serbiya ilə qarşılaşacaq.