Rusiya millisi futbol üzrə 2022-ci il dünya çempionatına buraxılmaya bilər

Rusiya millisi futbol üzrə 2022-ci il dünya çempionatına buraxılmaya bilər Futbol üzrə Rusiya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına buraxılmaya bilər.
Futbol
24 Sentyabr , 2019 13:14
Rusiya millisi futbol üzrə 2022-ci il dünya çempionatına buraxılmaya bilər

Futbol üzrə Rusiya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına buraxılmaya bilər.

“Report” “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinə (RUSADA) qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, ölkənun futbol yığması mundialdan kənar qalacaq.

Qeyd edək ki, WADA-nın oktyabrda RUSADA-nın qurumun məcəlləsinə uyğun gəlmədiyini açıqlamaq ehtimalı var. Buna səbəb RUSADA tərəfindən bu ilin yanvarında WADA-ya təqdim edilən Moskva laboratoriyasının məlumatlarında uyğunsuzluğun aşkarlanmasıdır. WADA məsələyə aydınlıq gətirmək üçün Rusiyaya 3 həftə vaxt verib.

Son xəbərlər

Orphus sistemi