Rusiya milli komandasının əsas qapıçısı müəyyənləşib

Rusiya milli komandasının əsas qapıçısı müəyyənləşib Bakı. 1 oktyabr. REPORT.AZ/ İqor Akinfeyevin yığmadakı karyerasını başa vumasından sonra Rusiya millisinin əsas qapıçısı müəyyənləşib.
Futbol
1 Oktyabr , 2018 20:57
Rusiya milli komandasının əsas qapıçısı müəyyənləşib

Bakı. 1 oktyabr. REPORT.AZ/ İqor Akinfeyevin yığmadakı karyerasını başa vumasından sonra Rusiya millisinin əsas qapıçısı müəyyənləşib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov məlumat verib. 

55 yaşlı mütəxəssis "Zenit"in üzvü Andrey Lunyovun əsas qapıçı olacağını bildirib.

Qeyd edək ki, İqor Akinfeyev bu gün yığmadakı karyerasını başa vurduğunu açıqlayıb. O, 2004-cü ildən Rusiya millisində çıxış edib. 

Son xəbərlər

Orphus sistemi