Rusiya "Lokomotiv"i almaniyalı baş məşqçiyə tapşırılıb

Rusiya "Lokomotiv"i almaniyalı baş məşqçiyə tapşırılıb Yozef Tsinnbauer Rusiyanın "Lokomotiv" futbol komandasına baş məşqçi təyin olunub.
Futbol
30 İyun , 2022 18:50
Rusiya Lokomotivi almaniyalı baş məşqçiyə tapşırılıb

Yozef Tsinnbauer Rusiyanın "Lokomotiv" futbol komandasına baş məşqçi təyin olunub.

"Report"un Moskva təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, təyinat formal xarakter daşıyır.

Baş məşqçi funksiyasını faktiki olaraq, Marvin Kompper yerinə yetirəcək. Lakin Kompperin bu vəzifədə rəsmən çalışmaq üçün lazımi lisenziyası yoxdur.

Qeyd edək ki, Yozef Tsinnbauer bu təyinatadək Almaniyanın "Hamburq", İsveçrənin "Sankt Qallen" və CAR-ın "Orlando Payrets" komandalarının sükanı arxasında olub. 42 yaşlı almaniyalı mütəxəssis "Orlando Payrets"lə iki dəfə ölkə çempionatının bürünc medalını qazanıb.

Son xəbərlər

Orphus sistemi