Rusiya klubunun futbolçusu Azərbaycan millisinə qarşı oynamayacaq

Rusiya klubunun futbolçusu Azərbaycan millisinə qarşı oynamayacaq UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq Belarus millisinin heyətində dəyişiklik edilib.
Futbol
31 May , 2022 18:25
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə qarşı oynamayacaq

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq Belarus millisinin heyətində dəyişiklik edilib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rusiya "Rostov"unun yarımmüdafiəçisi Aleksandr Selyava zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onun əvəzinə yığmaya "Minsk" klubunun hücumçusu Yeqor Boqomolski cəlb olunub.

Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi