Rusiya klubu PSJ-nin futbolçusunu heyətinə qatıb

Rusiya klubu PSJ-nin futbolçusunu heyətinə qatıb Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın Lokomotiv klubu Fransanın PSJ komandasının futbolçusu Qjeqij Krixovyakı heyətinə qatıb.
Futbol
24 İyul , 2018 18:26
Rusiya klubu PSJ-nin futbolçusunu heyətinə qatıb

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubu Fransanın PSJ komandasının futbolçusu Qjeqij Krixovyakı heyətinə qatıb.

"Report" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Bildirilib ki, 28 yaşlı yarımmüdafiəçi bir il icarə əsasında Moskva təmsilçisinin heyətində çıxış edəcək. Polşalı oyunçu yeni klubunda 7 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Qjeqij Krixovyak Polşa milli komandasının da üzvüdür. O, komanda ilə birgə DÇ-2018-də iştirak edib. 

Son xəbərlər

Orphus sistemi