Rusiya klubu azarkeşlər üçün infroqırmızı şüalardan istifadə edəcək

Rusiya klubu azarkeşlər üçün infroqırmızı şüalardan istifadə edəcək Nəticədə azarkeşlər soyuq havadan əziyyət çəkməyəcəklər
Futbol
5 Dekabr , 2016 19:15
Rusiya klubu azarkeşlər üçün infroqırmızı şüalardan istifadə edəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya çempionatının XVII turunda keçiriləcək "Krasnodar" - "Krılya Sovetov" maçtında azarkeşlər oyunu soyuq havada izləmək məcburiyyətində qalmayacaqlar.

"Report"un məlumatına görə, Krasnodarın eyniadlı klubunun rəhbərliyi azarkeşləri nəzərə alaraq yeni bir addım atıb. Oyun zamanı stadiona gələnlərin üşüməməsi üçün infroqırmızı istilikdən istifadə olunacaq.

Qeyd edək ki, bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi