Rusiyada oyunlara pul qoyuluşu edən 3 futbolçu diskvalifikasiya edilib

Rusiyada oyunlara pul qoyuluşu edən 3 futbolçu diskvalifikasiya edilib Rusiya Futbol İttifaqının Etika Komitəsi III Divizionda mübarizə aparan Maşuk KMV klubunun 3 futbolçusunu diskvalifikasiya edib.
Futbol
24 Yanvar , 2020 16:33
Rusiyada oyunlara pul qoyuluşu edən 3 futbolçu diskvalifikasiya edilib

Rusiya Futbol İttifaqının Etika Komitəsi III Divizionda mübarizə aparan "Maşuk KMV" klubunun 3 futbolçusunu diskvalifikasiya edib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna həmin futbolçuların çempionatdakı oyunlara pul qoyuluşu etmələri səbəb olub.

"Üç futbolçu öz komandalarının oyunlarına, eləcə də digər matçlara pul qoyuluşu etməklə qaydaları pozub. Dərhal Anzor Kavazaşvilinin başçılığı ilə işçi qrupu yaradıldı. Futbolçularla danışdıqdan sonra onları cəzalandırmağı qərara aldıq" - deyə Etika Komitəsinin sədri Semyon Andreyev bildirib.

Qərara əsasən, qapıçı Yaroslav Maloletkov və müdafiəçi Roman Demidov futboldan 1 il, digər futbolçu Daniil Lezgintsev 2 il müddətinə uzaqlaşdırılıb.

Qeyd edək ki, adı çəkilən futbolçulardan Yaroslav Maloletka "Mordoviya" klubunun, digər ikisi isə öz komandalarının oyunlarına pul qoyuluşu ediblər. 2006-2007-ci illərdə "Maşuk KMV"də azərbaycanlı mütəxəssis İqor Ponomaryov baş məşqçi kimi çalışıb.   

Son xəbərlər

Orphus sistemi