Rusiya Futbol İttifaqı bukmeyker şirkəti ilə müqavilə bağlayıb

Rusiya Futbol İttifaqı bukmeyker şirkəti ilə müqavilə bağlayıb Sözləşmənin müddəti 5 illikdir
Futbol
10 Noyabr , 2017 15:28
Rusiya Futbol İttifaqı bukmeyker şirkəti ilə müqavilə bağlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqı (RFS) ilə FONBET bukmeyker şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Lujniki” stadionunda keçirilən mətbuat konfransında RFS-in baş direktoru Aleksandr Alayev bildirib.

Sözləşmənin müddəti 5 illikdir.

Qeyd edək ki, Rusiyada bukmeyker kontorlarının reklamına bu il aprelin 1-dən icazə verilib. Bu sektorda fəaliyyət göstərən şirkətlər televiziya və internet vasitəsilə təbliğ olunmaqla yanaşı, idman yarışlarına sponsorluq da edə bilərlər. Kontorların adlarının idmançıların formalarında yer almasına da imkan yaradılıb. 

Xatırladaq ki, Azərbaycanda ilk və yeganə qanuni mərc oyunu Topaz sayılır. Bu şirkət futbol üzrə Azərbaycan Premyer Liqasının rəsmi sponsorudur.  

Son xəbərlər

Orphus sistemi