Rusiya Ermənistanı darmadağın etdi, növbədə Fransadır

Rusiya Ermənistanı darmadağın etdi, növbədə Fransadır Ermənistan milli komandası futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə böyük hesablı məğlubiyyətlə başlayıb.
Futbol
29 Yanvar , 2021 23:39
Rusiya Ermənistanı darmadağın etdi, növbədə Fransadır

Ermənistan milli komandası futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə böyük hesablı məğlubiyyətlə başlayıb.

"Report"un məlumatına görə, bu gün keçirilən 2-ci qrupun ilk tur matçında rəqib Rusiya yığması olub. Ermənistan futzalçıları ilk yarıda 4, ikinci hissədə 2 top buraxaraq, darmadağın olublar - 0:6.

Turun digər görüşündə Fransa evdə Gürcüstanla heç-heçə edib - 4:4. Növbəti turda Gürcüstan Rusiyanı, Ermənistan isə Fransanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi