Rusiya çempionatında meydanın mərkəzindən qol vurulub - VİDEO

Rusiya çempionatında meydanın mərkəzindən qol vurulub - VİDEO Baxımlı qol XIII tur çərçivəsində keçirilən “Dinamo” – “SKA-Xabarovsk” görüşündə qeydə alınıb
Futbol
14 Oktyabr , 2017 12:15
Rusiya çempionatında meydanın mərkəzindən qol vurulub - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiyada 21 yaşadək futbolçular arasında təşkil olunan ölkə çempionatında meydanın mərkəzindən qol vurulub.

“Report” xəbər verir ki, baxımlı qol XIII tur çərçivəsində keçirilən “Dinamo” – “SKA-Xabarovsk” görüşündə qeydə alınıb.

Meydan sahiblərinin hücumçusu Viktor Demyanov 77-ci dəqiqədə rəqib komandanın qapıçısının irəli çıxdığını görərək topu tora yollayıb.

Qeyd edək ki, matç “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi