Rumıniyalı futbolçu: "Qarabağ"la oyunda da xal qazanmaq istəyirik"

Rumıniyalı futbolçu: "Qarabağ"la oyunda da xal qazanmaq istəyirik" "Qarabağ"la oyunda da xal qazanmaq istəyirik.
Futbol
13 Yanvar , 2025 15:38
Rumıniyalı futbolçu: Qarabağla oyunda da xal qazanmaq istəyirik

"Qarabağ"la oyunda da xal qazanmaq istəyirik.

"Report" xəbər verir ki, bunu Rumıniyanın FCSB komandasının futbolçusu David Mikulesku deyib.

23 yaşlı hücumçu Ukraynanın "Dinamo" (Kiyev) klubuna 1:2 hesabı ilə uduzduqları yoxlama görüşündən sonra yerli mətbuata açıqlama verib.

Rumıniyalı oyunçu fərqləndiyi üçün şad olduğunu bildirib:

"Amma təəssüf ki, hesabı bərabərlişdirə bilmədik. Komandaya kimlərin gəlməsinin fərqi yoxdur. Biz hamımız yaxşı oyunçuyuq. UEFA Avropa Liqasında "Qarabağ"la səfərdə üz-üzə gələcəyik, xal qazanmağa davam etmək istəyirik. Baxmayaraq ki, çoxları artıq pley-offa vəsiqə qazandığımızı deyir".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də keçiriləcək. Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Son xəbərlər

Orphus sistemi