Rumıniya yığmasının sabiq futbolçusu televiziyaya baxarkən dünyasını dəyişib
Futbol
- 17 noyabr, 2016
- 10:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 noyabr. REPORT.AZ/ Rumıniya yığmasının və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Daniel Prodan vəfat edib.
"Report"un Madrid təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prodan televizora baxarkən infarkt keçirib.
O, 44 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Daniel Prodan 1996 - 1998-ci illərdə "Atletiko"da çıxış edib. Madrid klubunun heyətində 34 oyuna çıxan müdafiəçi 4 qol vurub. O, karyerası ərzində Rumıniyanın "Styaua", Şotlandiyanın "Reyncers", İtaliyanın "Messina" klublarında da forma geyinib. Yığmada 54 oyun keçirən D.Prodan 5 qat Rumıniya çempionu, iki dəfə Rumıniya Kuboku və Super Kubokun qalibi, 2 dəfə Şotlandiya çempionu olub.
Son xəbərlər
13:46
Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb
Energetika
13:45
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
Xarici siyasət
13:43
Azərbaycan Avstriyaya fındıq ixracını bərpa edib
Biznes
13:38
Tom Berendsen: Niderland Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
Xarici siyasət
13:38
Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Xarici siyasət
13:37
Berendsen: Niderland Cənubi Qafqazda həlak olanların qalıqlarının identifikasiyası üçün yardım ayıracaq
Xarici siyasət
13:36
Kürşad Zorlu: Ankara Zirvəsi Türk dünyasının strateji hədəflərini bir araya gətirəcək
Xarici siyasət
13:36
Foto
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Xarici siyasət
13:35
Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var
Xarici siyasət