Rumıniya millisinin baş məşqçisi: Biz mübarizə apardıq, təslim olmadıq

Rumıniya millisinin baş məşqçisi: Biz mübarizə apardıq, təslim olmadıq “Biz mübarizə apardıq, təslim olmadıq və əlimizdən gələni etdik. Komandama təşəkkür edirəm”.
Futbol
23 İyun , 2024 01:48
Rumıniya millisinin baş məşqçisi: Biz mübarizə apardıq, təslim olmadıq

“Biz mübarizə apardıq, təslim olmadıq və əlimizdən gələni etdik. Komandama təşəkkür edirəm”.

“Report” xəbər verir ki, bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda Belçikaya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Mütəxəssis növbəti mərhələyə vəsiqə qazanmaq şansının öz əllərində olduğunu bildirib: “İndi üzülmək olmaz. Uşaqlar beş gün əvvəl Ukraynaya qalib gəliblər. İndi Slovakiya ilə görüşü düşünməliyik”.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi