Rüfət Dadaşov: "Kosovolulara çatmağa gücümüz var, qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq"

Rüfət Dadaşov: "Kosovolulara çatmağa gücümüz var, qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq" Torshavn. 12 oktyabr. REPORT.AZ/ Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək.
Futbol
12 Oktyabr , 2018 06:51
Rüfət Dadaşov: Kosovolulara çatmağa gücümüz var, qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq

Torshavn. 12 oktyabr. REPORT.AZ/ "Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək".

Bunu "Report"un Farer adalarına ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov deyib.

Hücumçu oyuna nəzarətin millimizin tərəfində olduğunu söyləyib:

"Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli olan mənim qol vurmağım deyil. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik".

Dadaşov sonuncu qolda etdiyi məhsuldar ötürmədən də danışıb:

"Dəqiq bilirdim ki, Nazarov həmin mövqeyə açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı biz peşəkarıq. Kosovolulara çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".

Son xəbərlər

Orphus sistemi