Rudi Qarsiya: "Bir daha göstərdik ki, Belçika böyük futbol ölkəsidir"
- 07 iyul, 2026
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçika yığması göstərdiyi oyunla böyük futbol ölkəsi olduğunu göstərib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Rudi Qarsiya ABŞ seçməsinə qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri görüşü dəyərləndirib:
"Gecənin bu vaxtında oyanaraq Belçikada bizi dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu gün onlar öz futbolçuları ilə fəxr etməli və qürur duymalıdırlar. Biz bir daha göstərdik ki, Belçika böyük futbol ölkəsidir.
Meydana çıxan futbolçular möhtəşəm oyun nümayiş etdirdilər və hazırladığımız oyun planına tam əməl etdilər. Matç ərzində oyuna nəzarət edən tərəf biz idik. Bu, növbəti dəfə əsl komanda ruhunun təzahürü oldu. Gecənin yeganə üzücü məqamı Amadu Onananın zədələnməsi idi".
Qeyd edək ki, Belçika ABŞ seçməsinə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.