Rövnəq Abdullayev milli komanda ilə görüşüb

Rövnəq Abdullayev milli komanda ilə görüşüb UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.
Futbol
1200
4 Sentyabr , 2020 20:07
Rövnəq Abdullayev milli komanda ilə görüşüb

UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.

"Report" xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev yığmanın heyəti ilə görüşüb.

AFFA prezidenti milliyə turnirdə keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Canni De Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.

Orphus sistemi