Ronaldunun qiyməti 10 milyon avro azalıb

Ronaldunun qiyməti 10 milyon avro azalıb Transfermarkt portalı İngiltərə Premyer Liqasındakı oyunçuların bazar dəyərini yeniləyib.
Futbol
24 Dekabr , 2021 16:27
Ronaldunun qiyməti 10 milyon avro azalıb
Kriştianu Ronaldu

Transfermarkt portalı İngiltərə Premyer Liqasındakı oyunçuların bazar dəyərini yeniləyib.

"Report"un məlumatına görə, dəyişiklik İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronalduya da təsir edib. Portuqaliyalı hücumçunun qiyməti 45 milyon avrodan 35 milyon avroya enib.

36 yaşlı forvard "qırmızı şeytanlar"a 2021-ci ilin avqustunda İtaliya "Yuventus"undan 15 milyon avroya keçib. Bu mövsüm Ronaldu Premyer Liqadakı 13 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində Çempionlar Liqasının qrup mərhələsində 6 qol da var.

Qeyd edək ki, Kriştianu Ronaldu maksimal bazar dəyərinə 2023-cü ildə çatıb. Həmin vaxt İspaniya "Real Madrid"ində olan təcrübəli hücumçunun qiyməti 120 milyon avroya çatıb. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2023-cü ilədəkdir.

Son xəbərlər

Orphus sistemi