Ronaldunun oğluna görə istintaq başladı

Ronaldunun oğluna görə istintaq başladı Portuqaliyanın Madeyra şəhərinin polisi İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldunun 10 yaşlı oğlunun reaktiv xizək sürməsi ilə bağlı istintaq başladıb.&
Futbol
14 İyul , 2020 10:04
Ronaldunun oğluna görə istintaq başladı

Portuqaliyanın Madeyra şəhərinin polisi İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldunun 10 yaşlı oğlu Kiçik Kriştianunun reaktiv xizək sürməsi ilə bağlı istintaq başladıb. 

"Report" "The Sun"a istinadən xəbər verir ki, həmin videonu 35 yaşlı hücumçunun bacısı paylaşıb. O, daha sonra həmin görüntüləri silib. Portuqaliya qanunlarına görə, cərimə 2 min funt sterlinqdən çox ola bilər. 

Dəniz polisinin rəhbəri Gerreyro Kardosu hadisə ilə əlaqədar istintaqın getdiyini təsdiqləyib. 

Polis hazırda reaktiv xizəyin kimə məxsus olduğunu və hadisənin digər hallarını araşdırır. 

Son xəbərlər

Orphus sistemi