Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi məlum olub

Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi məlum olub İngiltərə "Mançester Yunayted"i ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi bəlli olub.
Futbol
28 Avqust , 2021 17:10
Ronaldunun Mançester Sitiyə keçməməsinin səbəbi məlum olub
Kriştianu Ronaldu

İngiltərə "Mançester Yunayted"i ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi bəlli olub.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola ilə söhbətdən sonra fikrini dəyişib.

İspaniyalı mütəxəssisin ulduz futbolçuya qarşı soyuq rəftarı və ona əsas heyətdə oynayaqla bağlı təminat verməməsi Ronaldunun qərarında həlledici olub. Nəticədə "Mançester Siti"yə keçməkdən imtina edən təcrübəli forvard doğma klubuna qayıdıb.

Qeyd edək ki, son klubu İtaliya "Yuventus"u olan Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.

Son xəbərlər

Orphus sistemi