Ronaldunun Madeyrada məşqi tənqid olundu

Ronaldunun Madeyrada məşqi tənqid olundu Portuqaliyanın Madeyra muxtar regionunun səhiyyə departamentinin rəhbəri Pedro Ramos İtaliya Yuventusunun futbolçusu Kriştianu Ronaldunun stadionda məşq etməsi xəbərinə münasibət bildirib.
Futbol
12 Aprel , 2020 02:05
Ronaldunun Madeyrada məşqi tənqid olundu

Portuqaliyanın Madeyra muxtar regionunun səhiyyə departamentinin rəhbəri Pedro Ramos İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun stadionda məşq etməsi xəbərinə münasibət bildirib.

"Report" xəbər verir ki, Ramos portuqaliyalı hücumçunun stadiondan şəxsi məşq üçün yararlanmağa haqqının olmadığını açıqlayıb. 

Onun fikrincə, dünyanın ən yaxşı oyunçularından biri digər vətəndaşlara nümunə olmalıdır: "Belə görünür ki, Kriştianu bir neçə dəqiqə məşq edib və bu, heç kimə ziyan gətirməyib. Amma mən futbolçunun yol verdiyi qayda pozuntusunun ciddiliyini azaltdığımıza dair fikirləri eşitmək istəməzdim. Hamımız öz hərəkətlərimizə cavabdehlik daşımalıyıq".


Qeyd edək ki, Kriştianu Ronaldu fevralın 9-da Madeyra adasındakı Funşal şəhərinin stadionunda koronavirus pandemiyası ilə əlaqədar karantin vaxtı məşq edib. O, ailəsi ilə birgə martın 9-dan muxtar regiondadır. 35 yaşlı forvard "Yuventus"dakı komanda yoldaşları ilə birgə çalışmaq üçün Turinə gələn həftə qayıtmaq niyyətindədir.   

Son xəbərlər

Orphus sistemi