Ronaldunun agenti "Mançester Siti" ilə anlaşıb, danışıqlar üçün Turinə gedib

Ronaldunun agenti "Mançester Siti" ilə anlaşıb, danışıqlar üçün Turinə gedib İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını İngiltərə davam etdirə bilər.
Futbol
26 Avqust , 2021 17:09
Ronaldunun agenti Mançester Siti ilə anlaşıb, danışıqlar üçün Turinə gedib
Kriştianu Ronaldu və Jorje Mendeş

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun agenti Jorje Mendeş "Mançester Siti" ilə razılıq əldə edib.

O, portuqaliyalı oyunçunun keçidini müzakirə etmək üçün Turinə yollanıb. "Şəhərlilər" Ronaldunu pulsuz transfer etmək niyyətindədir. "Yuventus" isə öz növbəsində ən az 25 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi