Ronaldunu vergidən yayındığına görə 30 milyon avro cərimə gözləyir

Ronaldunu vergidən yayındığına görə 30 milyon avro cərimə gözləyir Məhkəmənin iş üzrə iclası dekabrın 22-də keçiriləcək
Futbol
10 Dekabr , 2017 15:58
Ronaldunu vergidən yayındığına görə 30 milyon avro cərimə gözləyir

Bakı. 10 dekabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu vergidən yayınma ilə bağlı iş üzrə ən azı 30 milyon avro cərimə oluna bilər.

“Report” xəbər verir ki, Ronaldu 2011-2014-cü illər aralığında 14,8 mln. avro məbləğində vergini ödəməkdən yayınmaqda ittiham olunur.

Məhkəmənin iş üzrə iclası dekabrın 22-də keçiriləcək. AS nəşrinin məlumatına görə, portuqaliyalı futbolçu işi uduzacağı təqdirdə cərimə və üzərinə gələn faizlə birgə 30 mln. avro ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi