Ronaldu Zidanın "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasını istəyir

Ronaldu Zidanın "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasını istəyir Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Zinəddin Zidanın İngiltərənin "Mançester Yunayted" klubuna baş məşqçi təyin olunmasına qarşı deyil.
Futbol
14 Noyabr , 2021 17:18
Ronaldu Zidanın Mançester Yunaytedə baş məşqçi təyin olunmasını istəyir

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Zinəddin Zidanın İngiltərənin "Mançester Yunayted" klubuna baş məşqçi təyin olunmasına qarşı deyil.

"Report" "Manchester Evening News"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisinin bu ideyasını dəstəkləyib.

Təcrübəli forvard fransalı mütəxəssisin komandaya xeyir verə biləcəyinə inanır.

Qeyd edək ki, Zinəddin Zidan "Mançester Yunayted"in hazırkı baş məşqçisi Ule-Qunnar Sulşeri əvəzləməyə əsas namizəd hesab olunur. Ronaldu 49 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya "Real Madrid"ində çıxış edib.

Son xəbərlər

Orphus sistemi