İtaliyanın "Yuventus" futbol klubu həddindən artıq yüksək maaş səbəbindən portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə müqavilənin uzadılmasından imtina edib.
“Report” xəbər verir ki, bu barədə “Sky Sports” bildirib.
Klubun Ronaldu ilə qüvvədə olan razılaşması 2022-ci il ilin yayına qədər nəzərdə tutulub. Bu halda klub və futbolçu qarşılıqlı anlaşmadadır və birgə məhsuldar iş davam edir.
Bundan əvvəl bildirilirdi ki, "Yuventus" və Ronaldu yaxın günlərdə müqavilənin müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir. Məlumata görə, Turin klubu 2023-cü ilə qədər portuqal hücumçu ilə yeni razılaşmanı imzalamaq istəyir. Yeni müqavilənin şərtlərinə görə, Ronaldunun maaşı azaldılacaq: portuqaliyalı indiki razılaşmanın şərtlərində yazılmış illik 31 milyon avro əvəzinə 20 milyon avro alacaq.
Xatırladaq ki, Ronaldu 2018-ci ildən “Yuventus”da çıxış edir. Otuz altı yaşlı portuqaliyalı hücumçu ötən mövsümdə 29 qol vurub. O, bununla İtaliya çempionatının ən yaxşı bombardiri olub. Ronaldunun İtaliya klubu ilə qüvvədə olan müqaviləsi 30 iyun 2022-ci ildə başa çatacaq.