Ronaldu "Yuventus" azarkeşləri ilə vidalaşıb

Ronaldu "Yuventus" azarkeşləri ilə vidalaşıb İngiltərənin "Mançester Yunayted" klubu ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliya "Yuventus"unun azarkeşləri ilə vidalaşıb.
Futbol
27 Avqust , 2021 22:14
Ronaldu Yuventus azarkeşləri ilə vidalaşıb

İngiltərənin "Mançester Yunayted" klubu ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliya "Yuventus"unun azarkeşləri ilə vidalaşıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün İtaliyanın ən böyük və ən möhtəşəm klubunu tərk edirəm. "Yuventus"la çıxdığım hər oyunda bütün gücümü ortaya qoymuşam və Turinə aşıq olmuşam. Azarkeşlər hər zaman mənə hörmət ediblər. Mən də meydanda apardığım mübarizə ilə onlara təşəkkür etməyə çalışmışam. Geriyə baxanda böyük uğurlar qazandığımızı demək olar. Bəlkə də bunlar istədiklərimizin hamısı deyil, amma birlikdə gözəl tarix yazmışıq. Əbədi olaraq, sizlərdən biri kimi qalacağam. Siz mənim tariximin bir parçası oldunuz. İtaliya, "Yuventus", Turin, fanatlar, hər zaman qəlbimdə qalacaqsınız", - Ronaldu yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib.

Son xəbərlər

Orphus sistemi