Ronaldu yığmadakı qələbələrinin sayına görə Xavini keçdi
Futbol
- 18 noyabr, 2020
- 03:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya yığması Millətlər Liqasının 6-cı turunun matçında Xorvatiya seçməsini məğlubiyyətə uğradıb.
"Report" xəbər verir ki, Spliddə, "Polyud" stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.
Portuqaliya yığmasının 35 yaşlı hücumçusu Kriştianu Ronaldu milli yığmada 101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini ötüb. Xavinin aktivində milli komandada 100 qələbə var.
Daha əvvəl bildirilirdi ki, Ronaldu Avropada milli yığmanın heyətində 100 qələbə matçında iştirak edən 4-cü oyunçu olub. Ondan başqa İspaniya yığmasının üç oyunçusu - Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) bu uğura imza atıblar.
Son xəbərlər
10:55
Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb
Maliyyə
10:54
Azərbaycanın bank sektorunun aktivləri 13 %-dən çox artıb
Maliyyə
10:50
"CyberHackCon 2026"nın təsisçisi: "Kiber məkanda hər 6 pozuntudan 1-də Aİ-dən fəal istifadə edilir"
İKT
10:50
İlham Əliyev: İkili standartlar beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Xarici siyasət
10:50
"Gamesummit" və "OMNI AI Summit" 4000-dən çox ziyarətçini ətrafında toplayıb
İKT
10:45
Azərbaycan millisinin U-15 dünya çempionatında növbəti rəqibi dəqiqləşib
Futbol
10:40
Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Daxili siyasət
10:39
Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
Xarici siyasət
10:38
Foto
Video
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib
Xarici siyasət