Ronaldu Premyer Liqanın rəmzi komandasından kənarda qalıb

Ronaldu Premyer Liqanın rəmzi komandasından kənarda qalıb "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında geridə qalan mövsümün rəmzi komandasına düşməyib.
Futbol
23 May , 2022 20:02
Ronaldu Premyer Liqanın rəmzi komandasından kənarda qalıb

"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında geridə qalan mövsümün rəmzi komandasına düşməyib.

"Report"un məlumatına görə, "WhoScored" statistika saytının tərtib etdiyi siyahıda "Liverpul"dan 6, son çempion "Mançester Siti"dən 3, "Tottenhem"dən isə 2 oyunçu yer alıb.

Saytın versiyasına əsasən, mövsümün futbolçusu adına "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb.

Rəmzi komanda: Alisson Beker, Trent Aleksander-Arnold, Joel Matip, Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane (hamısı "Liverpul"), Joau Kanselu, Kevin De Brüyne, Rodriqo Ernandes (hər üçü "Mançester Siti"), Son Xın Min, Harri Keyn (hər ikisi "Tottenhem").

Son xəbərlər

Orphus sistemi