Ronaldu "Old Trafford"da meydana qaçan azarkeşlə selfi çəkdirib - VİDEO

Ronaldu "Old Trafford"da meydana qaçan azarkeşlə selfi çəkdirib - VİDEO Bakı. 24 oktyabr. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Mançester Yunaytedlə keçirilən oyundan sonra Old Trafford stadionuna qaçan azarkeşin arzusunu yerinə yetirib.
Futbol
24 Oktyabr , 2018 07:47
Ronaldu Old Traffordda meydana qaçan azarkeşlə selfi çəkdirib - VİDEO

Bakı. 24 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Yunayted"lə keçirilən oyundan sonra "Old Trafford" stadionuna qaçan azarkeşin arzusunu yerinə yetirib.

“Report” xəbər verir ki, portuqaliyalı stüardların tutub saxladığı kişidən telefonunu alaraq onunla selfi çəkdirib.

Qanun pozucusu daha sonra meydadan aparılıb, Ronaldunu isə azarkeşlər alqışlamağa başlayıblar.

Maçtın birinci hissəsinin əvvəlində də eyni hal yaşanıb. Azarkeşlərdən biri meydana qaçaraq Ronaldu ilə əl sıxmaq istəyib. Stüardların onu saxlamasına baxmayaraq, futbolçu fanatın istəyini yerinə ytirib.

Qarşılaşma "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 17-ci dəqiqədə Paulo Dibala vurub.

Son xəbərlər

Orphus sistemi