Ronaldu Messini rəqib olaraq görmədiyini söylədi

Ronaldu Messini rəqib olaraq görmədiyini söylədi İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya "Barselona"sında çıxış edən Lionel Messi ilə münasibətlərindən danışıb.
Futbol
9 Dekabr , 2020 10:38
Ronaldu Messini rəqib olaraq görmədiyini söylədi
Kriştianu Ronaldu və Lionel Messi
0 : 00
0 : 00

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya "Barselona"sında çıxış edən Lionel Messi ilə münasibətlərindən danışıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Kataloniya komandasına səfərdə 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından sonra maraqlı açıqlama verib.

Portuqaliyalı forvard argentinalı oyunçunu özünə rəqib hesab etmədiyini söyləyib: "12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Biz həmişə yaxşı münasibətdə olmuşuq. Messidən soruşsanız, o da sizə bunları söyləyəcək".

Qeyd edək ki, "Yuventus" "Barselona" üzərində qələbə sayəsində qrup lideri kimi 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi