Ronaldu "Mançester Yunayted"ə qayıtmaq fikrindən daşındı

Ronaldu "Mançester Yunayted"ə qayıtmaq fikrindən daşındı Portuqaliyalı hücumçu müqaviləsinin sonuna - 2022-ci ilin yayınadək hazırkı komandasında qalmaq niyyətindədir.
Futbol
4 May , 2021 00:26
Ronaldu Mançester Yunaytedə qayıtmaq fikrindən daşındı
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yay transfer pəncərəsində Turin klubunu tərk etməyəcək.

"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu müqaviləsinin sonuna - 2022-ci ilin yayınadək hazırkı komandasında qalmaq qərarına gəlib.

İddiaya görə, 36 yaşlı forvard bundan sonra ölkəsinin "Sportinq" klubuna qayıtmağı və karyerasını orada başa vurmağı planlaşdırır.

Daha əvvəl təcrübəli oyunçunun İngiltərə "Mançeter Yunayted"inə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Kriştianu Ronaldu yetirməsi olduğu "Sportinq"də 2002-2003-cü illərdə çıxış edib.

Son xəbərlər

Orphus sistemi