Ronaldu "Mançester Yunayted"ə keçidi üçün maaşının azaldılmasına razıdır

Ronaldu "Mançester Yunayted"ə keçidi üçün maaşının azaldılmasına razıdır Portuqaliyalı oyunçu sabiq klubunda ən azı 20 milyon avro qazanmağı hədəfləyir
Futbol
158
23 Aprel , 2021 12:14
Ronaldu Mançester Yunaytedə keçidi üçün maaşının azaldılmasına razıdır
Kriştianu Ronaldu

İtaliyanın "Yuvantus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İngiltərə "Mançester Yunayted"inə qayıtmağa müsbət yanaşır.

"Report" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bunun üçün maaşının azaldılmasına da hazırdır. Portuqaliyalı oyunçu sabiq klubunda ən azı 20 milyon avro qazanmağı hədəfləyir.

Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun məvacibi ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.

Son xəbərlər

Orphus sistemi