Üç futbolçu Messinin bacarmadığını etdi
Futbol
- 17 dekabr, 2020
- 06:57
Avropanın top-5 liqalarında 3 futbolçu ardıcıl 9 mövsüm ən azı 10 qol vurub.
"Report"un məlumatına görə, bunlar Almaniyanın "Bavariya" klubundan Robert Levandovski, İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və "İnter"dən Romelu Lukakudur.
Levandovski Bundesliqanın XII turunda "Volfsburq"a 2:1 hesabı ilə qalib gəldikləri matçda dubl edib. Lukaku A Seriyasının XII turunda "Napoli"ni məğlub etdikləri görüşdə yeganə qolun müəllifi olub.
Levandovski cari mövsüm 11 oyunda 15-ci, Lukaku isə 10-cu qolunu vurub. Ronaldunun da aktivində 8 oyuna 10 qol var.
Qeyd edək ki, İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi cari mövsüm La Liqada 12 oyuna çıxıb və 5 qol vurub. Ona görə də Messinin adı bu siyahıda yer almayıb.
Son xəbərlər
18:02
Sunniya Durrani-Camal: "Azərbaycan regionlar arasında strateji enerji körpüsü rolunda möhkəmlənib"
Energetika18:02
Moldova parlamentinin deputatı: Azərbaycana qarşı barbar hücumunu pisləyirik
Xarici siyasət17:58
Bahar Muradova: İranın Naxçıvana hücumu ilə Azərbaycanı münaqişəyə cəlb etmək cəhdi uğursuz olacaq
Xarici siyasət17:56
Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib
Digər ölkələr17:51
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Xarici siyasət17:51
İsrail Əlborz əyalətində İran qərargahına zərbələr endirib
Digər ölkələr17:49
Foto
Abşeronda 425 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
Fərdi17:43
Fransa Müdafiə Nazirliyi: BƏƏ-yə əlavə altı "Rafale" qırıcısı göndərmişik
Digər ölkələr17:36