Ronaldu İtaliyada "Yuventus"a görə dindirilə bilər

Ronaldu İtaliyada "Yuventus"a görə dindirilə bilər İtaliyanın Turin şəhərinin prokurorluğu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu dindirməyi planlaşdırır
Futbol
2 Dekabr , 2021 14:01
Ronaldu İtaliyada Yuventusa görə dindirilə bilər
Kriştianu Ronaldu

İtaliyanın Turin şəhərinin prokurorluğu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu dindirməyi planlaşdırır.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu, "Yuventus"un yalan maliyyə hesabatları ilə bağlıdır.

36 yaşlı hücumçunun "qoca sinyora" ilə əməkdaşlığının maliyyə tərəfinin araşdırmanın vacib hissəsi olduğu bildirilir.

Qeyd edək ki, müstəntiqlər Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsinin maliyyə detallarını araşdırır. Hücumçunun karantin dövründə klubdan əlavə ödənişlər aldığı ehtimal edilir. O, 2018 - 2021-ci illərdə İtaliya təmsilçisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi